Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Daxili turizmin inkişaf mexanizmi işlənib hazırlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daxili turizmin inkişaf mexanizmi işlənib hazırlanacaq

Azərbaycan Turizm Assosiasiyasının  (AZTA) təşkilatçılığı ilə videokonfrans keçirilib.

AZTA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki,  məhsuldar keçən iclasda Assosiasiya nümayəndələri pandemiya dövründə Azərbaycan turizminin mövcud vəziyyəti, həmçinin, karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs etdilər.

Reklam_3_11

Özəl sektorun nümayəndələri təmsil etdikləri turizm müəssisələrinin mövcud problemləri və cari vəziyyəti haqqında məlumat verdilər, vəziyyətdən çıxış yolları üçün təkliflər səsləndirdilər. Qərara alındı ki, bütün turizm qurumlarının səyi ilə yaxın günlərdə daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanacaq və müvafiq qurumlara və ictimaiyyətə təqdim olunacaq.

Yuxarıdakıları nəzərə alaraq görüşdə iştirak edən qurumlar arasında Assosiativ Tərəfdaşlıq haqqında Memorandum qəbul edilmişdir. Memorandumun əsas məqsədi vahid platformadan çıxış edərək bütün səyləri bir araya gətirib, turizm qurumları arasında qarşılıqlı, səmərəli və faydalı əməkdaşlığı inkişaf etdirmək, turizmin inkişafında vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığını yüksəltmək, hər bir qurumu təmsil edən mütəxəssislərdən ibarət “beyin mərkəzinin” yaradılması, zəruri layihələrin birgə işlənməsi, ölkənin turizm potensialının üzə çıxarılması və təbliği kimi məsələlərdir.

AZTA idarə heyətinin sədri Əhməd Qurbanovun moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, Skal International Baku - nun prezidenti Ceyhun Aşurov, (DAİR) Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi, Azərbaycan Ekoturizm Assosiasiyasının təsisçisi İsrafil Aşurlu, “ Ekskursiya - bələdçisi ” Klubunun sədri Samirə Quliyeva, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin İdarə Heyətinin Sədri Zurab İsrafilov, “ Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ” İctimai Birliyinin Sədri Qəhrəman Yusupov, “ İctimai iaşə sahəsində maarifləndirmə ” İctimai Birliyinin Sədri İldırım Musayev, Turizm eksperti və DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin üzvləri h.f.d. Dinara Ağaliyeva, Rəmiş Quliyev, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin üzvü c.f.d Vüqar Dərgəhov və digər turizm mütəxəsisləri iştirak ediblər.

Azərbaycan Turizm Assosiasiyası AZTA Əhməd Qurbanov Ruslan Quliyev Ceyhun Aşurov Samir Dübəndi İsrafil Aşurlu Samirə Quliyeva Zurab İsrafilov Qəhrəman Yusupov İldırım Musayev Dinara Ağaliyeva Rəmiş Quliyev Vüqar Dərgəhov daxili turizm
27.04.2020 09:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ