Bank BTB kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dəstək olmaq üçün yeni layihəyə qoşuldu
®️Azərbaycan Respublikasının Prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlərin verilməsinə başlanılıb.
Ölkəmizdə kənd təsərrüfatı sahəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görülməsi, kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsi kiçik sahibkarların və fermer təsərrüfatlarının artmasına təkan verəcək.
Bank BTB də öz növbəsində aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə güzəştli mikro kreditlərin verilməsi məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələri olan bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq və digər sahələrində çalışan şəxslər daha asan və güzəştli şərtlərlə kredit əldə edə biləcəklər. Belə ki, 15.000 AZN-dək təqdim olunan mikro kreditlər 3 il müddətinə və 12 ay güzəşt müddətinə təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12%-dir.
Kreditləri bu şərtlərlə əldə edən fermerlər və aqrar sektorda fəaliyyət göstərən sahibkarlar biznes fəaliyyətlərində artıma nail olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin təmin edilməsinə da öz töhfələrini vermiş olacaqlar.
Mikro kreditlərdən yararlanmaq istəyən şəxslər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
26 d. əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
2 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək