Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Ötən il 11 milyon manata yaxın vəsaiti dövlət büdcəsinə bərpa etmişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ötən il 11 milyon manata yaxın vəsaiti dövlət büdcəsinə bərpa etmişik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hesabat ilinin iş planı ilə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, 10 milyon 700,1 min manat dövlət vəsaitinin müvafiq qaydada bərpası, o cümlədən 9 milyon 205,6 min manat (bundan əlavə 4,2 min ABŞ dolları) məbləğində vəsaitin dövlət büdcəsinin hesabına bərpası təmin edilib”.

Bu, bu gün Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tərəfindən təqdim edilən “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb.

V. Gülməmmədov deyib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43,0%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub.

Belə ki, bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.

75 milyon manat səmərəsiz xərc aşkar edib

Vüqar Gülməmmədov əlavə edib ki, 2019-cu ildə Azərbaycanda büdcə xərclərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab olunur. Həmin xərclər 75 milyon manat məbləğində qiymətləndirilib.

"Səmərəsiz xərclər il ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək mal və xidmətlərin alınmaması, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması (və yaxud qismən nail olunması) ilə bağlı xərclərdir. Hesab edirik ki, bu sahədə nəzarətin gücləndirilməsi üçün büdcə qanunvriciliyində qeyri-effektiv planlaşma və yaxud qeyri-effektiv xərcləmə kimi anlayışların tanınmasına və buna uyğun məsuliyyətin müəyyən edilməsinə ciddi ehtiyac var", - o qeyd edib.  

APA,Report

Hesablama Palatası Vüqar Gülməmmədo
28.04.2020 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ