Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

300 mindən çox dekorativ bitkinin olduğu bağ - Qiymətlər 1500 manatadək çatır

iç səhifə xəbər başlığı altı (mobil)_31
300 mindən çox dekorativ bitkinin olduğu bağ -  Qiymətlər 1500 manatadək çatır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tovuzun Alakol kəndində yaşayan bağban Şahin Kazımov qulluq etdiyi bağı 20 il əvvəl salıb. Qeyri-adi görünüşlü, cəngəlliyi xatırladan bağda 300 mindən çox dekorativ bitki var.

Şahin Kazımovun məqsədi ölkəni dekorativ xarici bitki növləri ilə təmin etmək, bağların, xiyaban və parkların yaşıllıqlarla bəzədilməsinə öz töhfəsini verməkdir.

Bağ yaşıllığı ilə diqqət çəkir. Şahin Kazımov Afrikadan, Cənubi Amerikadan, Avropadan bir-birindən maraqlı bitkilərin toxumlarını əldə edərək, onu yerli iqlimə uyğunlaşdırır, toxum götürür və yenidən səpərək bitkini çoxaldır. Dekorativ bitkilərin qiymətləri isə müxtəlifdir - 1 manatdan 1500 manatadək, hətta ondan da baha. Palma, qordina, aquba, azaliya və sair bitkilərin hamısı bu bağda becərilir.

Ona bitkilərə qulluq göstərilməsində ailə üzvləri də kömək edir. Demək olar ki, səhərdən axşama kimi ailəlikcə günlərini bağda keçirirlər.

Əsasən həmişəyaşıl bitkilər becərən bağban gələcəkdə təsərrüfatını daha da genişləndirmək niyyətindədir.

Şahin Kazımov kəndin gözəlliyinə də öz töhfəsini verib. Belə ki, kənd yolunun ətrafına bu ağaclardan, eləcə də dekorativ güllərdən əkib.

Azərtac

dekorativ bitki Şahin Kazımov Palma qordina aquba azaliya Tovuz dekorativ güllər
28.04.2020 13:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ