Ən yuxarı statik reklam-3_3

SECO Bakı Fond Birjasına dəstək verməyə hazırdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
 SECO Bakı Fond Birjasına dəstək verməyə hazırdır

13 aprel 2017-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edən cənab Vüqar Namazov İsveçrənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Filip Stalder və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktor müavini xanım Simon Haeberlini qəbul etmişdir.

 

Birjadan «Marja» ya daxil olmuş məlumata görə, görüş zamanı V.Namazov BFB-nin fəaliyyəti, əldə olunmuş nailiyyətlər, həyata keçirilən layihələr və inkişaf perspektivləri barədə qonaqlara geniş məlumat vermişdir. Səfir F.Stalder öz növbəsində Bakı Fond Birjasında olmaqdan məmnunluğunu ifadə etmiş və son dövrlərdə ölkəmizdə kapital bazarlarının inkişaf layihlərinin müsbət nəticələri barədə fikir mübadiləsi aparmışdır. Daha sonra xanım S.Haeberli İsveçrə şirkətkəri və SECO ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin vacibliyini vurğulamış və bu istiqamətdə dəstək verməyə hazır olduqlarını bildirmişdir.

 

Görüşün sonunda səfir F.Stalder və xanım S.Haeberli Bakı Fond Birjasında gündəlik ticarətin başlanmasını simvolizə edən zəng mərasimində iştirak etmişlər. Zəng mərasindən xatirə olaraq qonağa hədiyyə təqdim edilmişdir.

13.04.2017 15:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ