Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sosial şəbəkələrdə yayılan 1000 manat dəyərində olan xatirə sikkələri insanlarda çaşqınlıq yaradıb. Çoxları bu sikkələrin dövriyyədə olduğunu zənn edib.

 

Məsələ ilə bağlı Mərkəzi Bankın Mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açıqlama verərək bildirib ki, bu xatirə sikkələri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə 2013-cü ildə tədavülə buraxılıb.

 

“2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı 1000 manat olan qızıl yubiley pul nişanları tədavülə buraxılıb. Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunub”.

 

Qeyd edək ki, yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilib. Yubileypul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Əsas parametrlər

Buraxılış ili: 2013

Nominalı: 1000 manat

Metalı: Au 999.9

Çəkisi: 32.3 unsiya (1005 qr)

Diametri: 100 mm

Keyfiyyəti: Pruf

Buraxılış limiti: 5 ədəd

 

 © BAKU.WS 

13.04.2017 16:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ