Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycan banklarında problemli kreditlərin payı 12-15%-ədək artacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan banklarında problemli kreditlərin payı 12-15%-ədək artacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi koronavirus (COVİD-19) pandemiyası və neftin qiymətinin ucuzlaşması ilə əlaqədar 2020-ci ildə Azərbaycan banklarında problemli kreditlərin xüsusi çəkisinin 2019-cu ilin sonuna olan təxminən 8%-ə qarşı 12-15%-ə qədər artacağını proqnozlaşdırır.

"Azərbaycan banklarının biznesinin artım templərini və mənfəət göstəricilərini məhdudlaşdıra biləcək risklər artır. Bu vəziyyət bankların kapital ehtiyatlarının həcminə, aktivlərinin keyfiyyətinə və resurs bazasının sabitliyinə gözlədiyimizdən daha çox mənfi təsir gstərə bilər", - deyə agentlik Azərbaycan banklarının qiymətləndirilməsində qeyd edir.

Agentliyin qiymətləndirmələrinə görə, 2019-cu ildə kreditləşmə həcmlərinin (əsasən pərakəndə seqmentdə) bərpasına baxmayaraq, S&P hələ də hesab edir ki, Azərbaycan iqtisadiyyatı korreksiya mərhələsindədir və bu, bank sektoruna güclü təsir göstərir.

"Biz baza ssenarimiz çərçivəsində ehtimal edirik ki, mürəkkəb iqtisadi vəziyyət bir çox korporativ və fərdi borcalanların, habelə kiçik və orta biznes müəssisələrinin öz borc öhdəliklərinə xidmət göstərmək qabiliyyətinin pisləşməsinə səbəb olacaq. Proqnozlarımıza görə, 2020-ci ildə problemli kreditlərin payı 2019-cu ilin sonuna olan təxminən 8%-ə qarşı 12-15% təşkil edəcək. Ehtiyatların yaradılması ilə bağlı əlavə xərclərin kreditlər üzrə mümkün itkilərə, bankların gəlirlilik göstəricilərinə təsiri 2020-2021-ci illər ərzində paylaşdırıla bilər ki, bu da bankların kapital ehtiyatlarının azalmasını müəyyən dərəcədə məhdudlaşdıra bilər", - deyə qiymətləndirmədə bildirilir.

S&P-nin gözləntilərinə görə, 2020-ci ildə Azərbaycan bankları tərəfindən yeni kreditlərin verilməsi templəri azalacaq, rezervləşdirmə xərcləri, çox güman ki, bank sektoru üzrə kredit portfelinin orta həcminin 4%-nə qədər (2015-2019-cu illərdə 3,2%-lə müqayisədə) artacaq. Nəticədə bəzi banklar nəticələri yalnız zərərsizlik səviyyəsində nümayiş etdirə biləcəklər. 2019-cu ilin sonuna olan vəziyyətə görə, ev təsərrüfatlarının və korporativ borcalanların borcunun həcmi ölkə üzrə ÜDM-nin 8,5% və 10,2%-ni təşkil edib - bu göstərici bank sektorunun sahə və ölkə risklərinin qiymətləndirilməsi (Banking Industry Country Risk Assessment-BİCRA) üzrə Gürcüstan, Tunis və Yunanıstanın göstəriciləri ilə müqayisədə aşağıdır.

"Azərbaycanın bank sisteminin resurs bazasının müştəri depozitlərinin nisbətən yüksək payı ilə xarakterizə olunmasına və xarici maliyyələşmədən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, son illər ərzində manatın kəskin devalvasiyasından sonra xarici valyutada fondlaşmanın payının artması (müştəri vəsaitlərinin 60%-dən çoxuna qədər) ilə nəticəsində aktivlərin və öhdəliklərin davamlı disbalansı yaranıb. Biz davam edən valyuta disbalanslarını xüsusilə 2020-ci ilin birinci rübündə neftin qiymətinin ucuzlaşması nəticəsində manata təzyiqin artması fonunda əvvəlki kimi risk olaraq qiymətləndiririk", - deyə agentlik qeyd edir.

İqtisadiyyata artan təzyiqə və mövcud vəziyyətin qeyri-müəyyənliyinə baxmayaraq, Azərbaycan Respublikasında bank reytinqinin baza səviyyəsi "B+" səviyyəsində qalır. "Bizim nöqteyi-nəzərimizdən reytinq artıq Azərbaycanın bank sektoruna xas olan riskləri ehtiva edir: yüksək kredit riski, iqtisadiyyatın tsiklik xarakteri və kifayət qədər aqressiv kreditləşmə praktikası ilə bağlı risklər", - deyə S&P vurğulayır.

Hazırda Azərbaycanda 28 bank fəaliyyət üçün lisenziyaya malikdir.

AZƏRBAYCAN İQTİSADİYYATINDA 6,6% TƏNƏZZÜL NƏZƏRDƏ TUTUR

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi koronavirus (COVİD-19) pandemiyası və neftin qiymətinin ucuz olması səbəbindən 2020-ci ildə Azərbaycanda ÜDM-nin 6,6% səviyyəsində azalacağını proqnozlaşdırır.

"Neftin qiymətinin aşağı düşməsi Azərbaycanda iqtisadi artım perspektivlərinin pisləşməsinə səbəb olacaq, COVİD-19 pandemiyası nəticəsində iqtisadi fəallığın azalması isə qısamüddətli perspektivdə iqtisadi artım perspektivlərinə əlavə təzyiq göstərəcək. Biz 2020-ci ildə ÜDM-nin 6,6% azalacağını, 2021-ci il ərzində isə 2,6% artacağını gözləyirik", - deyə agentlik Azərbaycan banklarının qiymətləndirilməsində qeyd edir.

Bununla yanaşı, S&P pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirməyin çətin olduğunu vurğulayır. "Bərpa templəri iqtisadiyyatın və ev təsərrüfatlarının dəstəklənməsinə yönəlmiş siyasi tədbirlərdən asılı olacaq", - deyə agentlik bildirir.

S&P neft qiymətlərinin dəyişkənliyi fonunda milli valyutanın məzənnəsinə təzyiqin artdığını qeyd edir.

Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templərinə dair yeni proqnoz dərc etməyib.

 

2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.

©️ İnterfaks-Azərbaycan

problemli kreditlər
29.04.2020 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ