Ən yuxarı (mobil)-2_30

Beynəlxalq reytinq agentliyi “PAŞA Bank”a sabit qiymət verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq reytinq agentliyi  “PAŞA Bank”a  sabit qiymət verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“S&P Global Rating” beynəlxalq reytinq agentliyi “PAŞA Bank” ASC-nin kredit reytinqinə dair sabit proqnozu təsdiqləyib.

Agentliyin yaydığı məlumata görə belə bir rəyin təməlində bankın mənfəət toplamaq bacarığı sayəsində hazırkı çətin iqtisadi şərtlər daxilində problemli kreditlərin artması təqdirdə itkilərinin təsirini yumşalda biləcəyi bəradəki qənaət dayanır.

“Sabit proqnoz həmçinin “Pasha Bank”ın bütövlükdə kredit bazarında, o cümlədən korporativ kredit seqmentindəki böyük payı sayəsində bankın biznes və gəlir həcminin qarşıdakı 12 ay ərzində əvvəlki kimi saxlanacağına dair gözləntilərimizi əks etdirir. O cümlədən bankın böyük likvidlik ehtiyatı ilə müştəri depozitlərinin sabitliyi də kredit vəziyyətinə müsbət təsir edəcək” – deyə hesabatda qeyd olunur.

Bununla belə COVID-19 pandemiyası və neftin ucuzlaşması üzündən Azərbaycan iqtisadiyyatında gözlənilən resesiya ilə əlaqədar 2020-ci ildə “Pasha Bank”ın aktivlərinin böyük ehtimalla keyfiyyəti itirəcəyi, kredit itkilərənin isə artacağı da bildirilir:

 “Problemli kreditlərin (o cümlədən restrukturlaşdırılan kreditlərin) payı 2019-cu ilin sonundakı 7,4 faizə qarşı bu il 12-13 faiz təşkil edəcək, həmçinin risk dəyəri də kredit zərfinin 3,2 faizinədək artacaq. Lakin 2021-ci ildən iqtisadiyyatın dirçəlməsilə yanaşı “Pasha Bank”da da problemli aktiv payının tədricən 10 faizin altına enəcəyini güman edirik. Təməl ssenarimizə uyğun olaraq 2021-ci ilin sonunadək bankın RAC əmsalının 3 faizdən artıq səviyyədə qalacağını gözləyirik”.

Agentliyin qənaətincə “PAŞA Bank”ın kapital göstəriciləri daha da sabitləşərsə, müştəri təbəqəsi də şaxələnərsə, reytinqi daha da artacaq. Belə olan halda bankın RAC əmsalının da 7 faiz həddindən yuxarı səviyyədə qalacağı qeyd olunur.

Report

 

29.04.2020 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ