Ən yuxarı (mobil)_30

Kartofun daşınma xərcləri bahalaşıb, satışda durğunluq yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kartofun daşınma xərcləri bahalaşıb, satışda durğunluq yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gündür ölkəmizin cənub bölgəsində istixana şəraitində yetişdirilən kartofun yığımına başlanıb.

Cənub bölgəsində ən böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda sahələrdən yığılan faraş məhsul yerli bazararla yanaşı, xarici ölkələrə də ixrac edilir.

Məhsulun ixracı üçün xarici ölkələrdən Cəlilabad rayonuna kifayət qədər yük maşınları gətirilsə də, koronavirus pandemiyası səbəbindən bəzi ökələrdə, xüsusilə Rusiya, Ukrayna və Belarusda bazarların bağlı olması kartofun satışında nisbətən durğunluq yaradıb.

Builki mövsümdə kartof məhsulunun daşınma xərcləri xeyli bahalaşıb. Bu, birbaşa məhsulun maya dəyərinə çəkilən xərcləri artırır. Əvvəllər hər hansı bir avtomobil kartof məhsulunu xaricə ölkəyə 1700 ABŞ dollarına daşıyırdısa, hazırda bu rəqəm 2700 dollara qalxıb. Əcnəbi sürücülər bunu məhsulun xarici bazarlardakı qiymətindən asılı olması ilə əlaqələndirirlər.

Rayonda açıq sahələrdə əkilmiş kartofun kütləvi yığımına hələ başlanmayıb. Fermerlərin qənaətinə görə, mövcud qiymətlər stabil olarsa, bu, açıq sahələr üçün gəlirli sayılır.

Qeyd edək ki, təkcə Cəlilabad rayonunda bu mövsüm 5490 hektar sahədə kartof əkilib. Ölkəmizdə kartof yığmınına başlanması xaricdən idxal aslılığını da xeyli azaldıb.

Azərtac

kartof Cəlilabad
29.04.2020 13:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ