Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"6 minə yaxın kümçüyə ipəkqurdu paylanacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"6 minə yaxın kümçüyə ipəkqurdu paylanacaq"

Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında 2020-ci il üçün ipəkqurdlarının paylanılması prosesinə başlanılıb. Bu il kümçülərə 20 min qutu ipəkqurdunun paylanılması nəzərdə tutulur. Keçən ilə nisbətən ən əlamətdar cəhət odur ki, 20 min qutu ipəkqurdu toxumundan 5 min qutusu bu stansiyanın özündə istehsal olunub və builki mövsümdə kümçülərə paylanılacaq. Gələn ildən ipəkqurdu toxumunun yerli istehsal hesabına daha da artırılması nəzərdə tutulur.

Bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov aprelin 29-da Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumlarının inkubasiyası nəticəsində əldə olunan ipəkqurdunun kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.

Reklam_3_11

Nazir bildirib ki, builki mövsümdə kümçülərin sayında da artım nəzərdə tutulur. Belə ki, cari mövsümdə 6 minə yaxın kümçüyə ipəkqurdu paylanılacaq.

Baramaçılıq mövsümünə hazırlıqla bağlı görülən işlərə toxunan İnam Kərimov deyib: “Bu il mövsümə hazırlıq işləri daha fərqli, intensiv formada həyata keçirilib. İl ərzində kümçülər treninqlərə, təlimlərə cəlb olunublar. Aqrar Xidmətlər Agentliyi tərəfindən kümxanaların əksəriyyətində dezinfeksiya işləri aparılıb. Görülmüş işlər, o cümlədən dövlətimiz tərəfindən fermerlərə sırf baramaçılıqla bağlı verilən subsidiyalar, həyata keçirilən təşviq tədbirləri nəticəsində bu il baramaçılıqda məhsuldarlığın daha yüksək olacağı proqnozlaşdırılır”.

© Azərtac

İnam Kərimov barama ipəkqurdu
29.04.2020 13:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ