Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xalq Bank-ın son maliyyə vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bank-ın son maliyyə vəziyyəti məlum oldu

"Xalq Bank" ASC bu ilin 1-ci rübünü 9 milyon 44 min manat xalis mənfəətlə başa vurub.

Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 25,6% çoxdur.

Reklam_3_11

Yanvar-mart aylarında "Xalq Bank"ın gəlirləri 35,4 milyon manat (illik müqayisədə 17,7% çox), xərcləri 16,4 milyon manat (4,7% az), xüsusi ehtiyatlara ayırmaları 8,1 milyon manat (99,1% çox), gözlənilməz gəlirləri 5 min manat (94,9% az), mənfəət vergisi ödəmələri isə 1,9 milyon manat (10,1% çox) təşkil edib.

Bu il aprelin 1-nə "Xalq Bank"ın aktivləri 2 milyard 282,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1% çoxdur. Bunun 1 milyard 632,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,4% böyüyüb.

Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 3,6% azalaraq 1 milyard 861,7 milyon manata düşüb, o cümlədən depozit portfeli 7,6% artaraq 1 milyard 550,2 milyon manata çatıb, balans kapitalı isə 48,9% artaraq 421,2 milyon manat, o cümlədən nizamnamə kapitalı 62,1% artaraq 364,8 milyon manat olub.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur. 

Report

Xalq Bank
29.04.2020 13:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ