Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda daha bir bankın gəlirləri xərclərini ödəmir – ƏMƏLİYYAT ZƏRƏRİ ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda daha bir bankın gəlirləri xərclərini ödəmir – ƏMƏLİYYAT ZƏRƏRİ ARTIB

Bank VTB Azərbaycan 2020-ci ilin ilk rübünü 1 milyon 399 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin ilk rübü ilə müqayisədə Bankın xalis mənfəəti 6,3% azalıb. Bank VTB Azərbaycan 2019-cu ilin ilk rübünü 1 milyon 494 min manat xalis mənfəət ilə bağlamışdı. Qeyd edək ki, həm bu il, həm də ötən il Bank VTB Azərbaycan-ın xalis mənfəəti biznesin inkişafından qaynaqlanmayıb, ehtiyatdan qayıtma hesabına yaranıb. Bankın əməliyyat gəlirləri əməliyyat xərclərini ödəmir.

Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar- mart dövründə Bank VTB Azərbaycan 2 milyon 147 min manat faiz gəliri əldə edib. Bank qeyri-faiz əməliyyatları üzrə 737 min manat zərər edib. Zərərin səbəbi Bankın xarici valyuta əməliyyatları  üzrə 1 milyon 502 min manat zərər etməsidir.

Reklam_3_11

İlk 3 aydan Bank VTB Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 1 milyon 410 min manat, cəmi xərcləri 5 milyon 50 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 3 milyon 640 min manat əməliyyat zərəri yaranıb. Əvvəlki illər yaradılmış mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 5 milyon 39 min manatın azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın  1 milyon 399 min manat xalis mənfəəti qalıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə VTB Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 3 milyon 394 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 617 manat, əməliyyat zərəri 1 milyon 300 min manat təşkil etmişdi. Əvvəlki illər yaradılmış mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 3 milyon 715 min manatın azad olması hesabına həm əməliyyat zərəri bağlanmışdı, həm də Bankın1 milyon 494 min manat xalis mənfəəti qalmışdı.

İlk 3 ayda Bankda müştərilərə verilmiş kreditlər 10 milyon 292 min manat və ya 4,3% azalaraq 227 milyon 922 min manata geriləyib.

31 Mart 2020-ci il tarixində Bank 255 milyon 411 min manat yığılmış zərərə malik olub.

31 Mart 2020-ci il tarixində Bank VTB Azərbaycan 58 milyon 985 min manat məcmu kapitalıa malik olub.

Bank VTB Azərbaycan
29.04.2020 14:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ