Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xalq Bank ilk rübün yekunlarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bank ilk rübün yekunlarını açıqladı

2020-ci ilin 31 mart tarixinə Xalq Bankın cəmi aktivləri 2 milyard 282 milyon manat təşkil etmişdir. Bankın yaydığı məlumata görə, bu isə ötən ilin birinci rübünün yekunu ilə müqayisədə 3,09% və ya 68,52 milyon manat daha artıqdır.

Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi isə 14,18% və ya 206,85 milyon manat artaraq 1 milyard 665  milyon manata çatır. Bankın depozit portfelinin həcmi 2020-ci ilin I rübünün sonuna 7,59% və ya 109,37  milyon manat artaraq 1,55  milyard manat təşkil etmişdir.

Faiz gəlirləri müvafiq dövrlə müqayisədə 0,22 milyon artaraq 27,567 milyon manat, faiz xərcləri isə 0,89 mln manat azalaraq 4,875 milyon manat, qeyri-faiz gəlirləri 5,105 milyon manat artaraq 7,88 milyon manat, qeyri-faiz xərcləri kiçik artımla 11,52 milyon manat təşkil etmişdir. Beləliklə, ilin ilk rübü ərzində Bank 9,04 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricidən 25,6% yüksəkdir.

Bankın 1 aprel 2020-ci il tarixinə cəmi kapitalı 421 milyon manat təşkil etmişdir.

Azərbaycanın ən böyük özəl banklarından biri olan Xalq Bank Moody’s Investors Service beynəlxalq reytinq agentliyinin reytinqlərinə malikdir. Bank 9 paytaxt, 21 bölgə filialı vasitəsi ilə ölkədə bank xidmətləri göstərir.

29.04.2020 14:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ