Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əhali dollar üçün banklardan böyük məbləğdə əmanətini geri götürüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhali dollar üçün banklardan böyük məbləğdə əmanətini geri götürüb

2020-ci ilin Mart ayında fiziki şəxslərin (əhalinin) banklardakı əmanətləri 443 milyon manat azalaraq 8 milyard 251 milyon manata düşüb.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin Fevral ayının sonunda əhalinin əmanətləri 8 milyard 694 min manat ikən, Mart ayının sonunda 8 milyard 251 milyon manat təşkil edib.

Mart ayında milli valyutadakı əmanətlər 421 milyon manat azalaraq 3 milyard 701 milyon manata, xarici valyutadakı əmanətlər isə 22 milyon manat azalaraq 4 milyard 549 milyon manata düşüb.

Qeyd edək ki, Mart ayında neftin kəskin ucuzlaşması ilə əlaqədar olaraq əhali arasında narahatlıq artmış və vətəndaşlar valyuta alışını artırmışdılar. Rəsmilər bəyan etmişdilər ki, əmanətlərin çıxarılaraq dollar alınması halları mövcuddur. Əmanətlərin azalmasının digər bir səbəbi əmanətlərin tam sığortalanması müddətinin uzadılmasının gecikməsi ola bilər.

DOLLARLAŞMA ARTIB

Martın sonunda fiziki şəxslərin əmanətlərinin 44,8%-i milli valyutada, 55,2%-i milli valyutada olub.Fevralın sonunda fiziki şəxslərin əmanətlərinin 47,5%-i milli valyutada, 52,5%-i xarici valyutada idi.

29.04.2020 17:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ