Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Ən zənginlər birjada alış əvvəli yeni "dib" gözləyirlər"

"UBS Qlobal Wealth Management"in sorğusuna görə ən zənginlər birjada alış əvvəli yeni "dib" gözləyirlər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ən zənginlər birjada alış əvvəli yeni "dib" gözləyirlər"

"UBS Qlobal Wealth Management"in sorğusuna görə, dünyanın ən varlı sərmayəçilərinin əksəriyyəti, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsirləri ilə, yenidən səhm alışı etmədən əvvəl qiymətlərdə daha çox eniş olmasını gözləyirlər. 

Marja xəbər verir ki, sorğuya qatılan qatılan 1 milyon dolların üzərində sərmayəsi ya da illik gəlirə malik sərmayəçilər və şirkət sahiblərindən 61%-i səhmlərdə alış etmədən əvvəl 5% ilə 20% arasında ucuzlşama görmək istədiklərini bildiriblər.

İştirakçıların 23%-i alış üçün yaxşı bir zaman olduğunu qeyd edib. Sərmayəçilərin 16%-lik bir qisimi isə səhm almaq üçün doğru zaman olmadığını düşünür. 

UBS-in Aprel ayı sorğusuna qatılanların 60%-i gələcək 12 ayda qlobal böhranın reallaşması ehtimalını çox yüksək gördüklərini bildiriblər. 

Koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün böyük iqtisadiyyatlarda tətbiq edilən geniş karantin tədbirlərilə əlaqədar olaraq tələb sərt bir şəkildə düşüb, bu il böhran yaşanması ehtimalı da artıb. Səhmlər Mart ayındakı ən aşağı səviyyədən 20% yüksəlib; amma hələ də 2020-ci ilin zirvələrindən çox aşağı səviyyələrdədir. 

Bütün dünyada sərmayəçi optimizmi əhəmiyyətli dərəcədə azalıb.

UBS-in 1 - 20 Aprel tarixlərində keçirdiyi sorğuda 2928 sərmayəçi və 1180 şirkət sahibi iştirak edib.

UBS birja zəngin sərmayəçi pandemiya böhran
29.04.2020 17:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ