Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın qiymətli kağızlar bazarı 53% kiçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın qiymətli kağızlar bazarı 53% kiçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 2 milyard 159 milyon manatlıq əməliyyat aparılıb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8% azdır. 

Ümumi rüblük göstəricinin 625 milyon manatlıq hissəsi ilkin bazarda (84,9% az), 1 milyard 534 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,6 dəfə çox) formalaşıb.

Ötən rüb qiymətli kağızlar bazarında 1 247 əqd bağlanılıb. Bu illik müqayisədə 2,6% çoxdur. Əqdlərin 160-ı ilkin bazarın (59,7% az), 1 087-si isə təkrar bazarın (32,9% çox) payına düşüb.

Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 888 milyon manatlıq hissəsi və yaxud 41,1%-i dövlət qiymətli kağızlarının, 848 milyon manatlıq hissəsi və yaxud 39,3%-i korporativ qiymətli kağızların, 422 milyon manatlıq hissəsi və yaxud 19,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 75,8% az,  5,9% çox və 4,2 dəfə çoxdur.

Ötən rüb bu bazarda bağlanmış əqdlərin isə 274-ü və yaxud 22%-i dövlət qiymətli kağızlarının, 741-i və yaxud 59,4%-i korporativ qiymətli kağızların, 232-si və yaxud 18,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 41,2%, 12,1% çox və 2,6 dəfə çoxdur. 

Report

qiymətli kağızlar bazarı Azərbaycan
29.04.2020 18:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ