Ən yuxarı statik reklam_3

Azərbaycanda koronavirusa yoluxma faktı artdı - NÖVBƏTİ ÖLÜM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda koronavirusa yoluxma faktı artdı - NÖVBƏTİ ÖLÜM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son 24 saatda Azərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 46 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Marja-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Reklam_3_11

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1267 nəfər müalicə olunaraq sağalmış, 23 nəfər vəfat etmiş, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137.379 test aparılmışdır.

Xatırladaq ki, 8 Apreldə 105 yoluxma (ən çox), 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma, 12 apreldə 40 yoluxma, 13 Apreldə 50 yoluxma, 14 apreldə isə 49 yoluxma, 15 apreldə 56 yoluxma, 16 apreldə 30 yoluxma, 17 apreldə 57 yoluxma, 18 apreldə 33 yoluxma, 19 apreldə ilə 25 yoluxma, 20 apreldə 38 yoluxma, 21 apreldə 44 yoluxma, 22 apreldə 38 yoluxma, 23 apreldə 30 yoluxma, 24 apreldə 44 yoluxma, 25 apreldə 25 yoluxama, 26 apreldə isə 28 yoluxma, 27 apreldə 33 yoluxma, 28 apreldə isə 39 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

29.04.2020 18:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ