Ən yuxarı statik reklam-3_3

“Şirkətlər qrupumuz əhaliyə dəstək üçün 23 milyon manat xərcləyib”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şirkətlər qrupumuz əhaliyə dəstək üçün 23 milyon manat xərcləyib”

“Koronavirusla mübarizədə əhaliyə dəstək vermək təşəbbüsləri üzrə PAŞA şirkətlər qrupu tərəfindən ümumilikdə 23 milyon manata yaxın pul xərclənilib”.

Bunu Marja-ya müsahibəsində PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov bildirib.

Reklam_3_11

Cəlal Qasımov qeyd edib ki PAŞA şirkətlər qrupu koronavirusla mübarizədə əhaliyə dəstək vermək təşəbbüsləri irəli sürən birincilərdən olub:

“Böhran vəziyyətində başlıca hədəfimiz, ölkə Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna birbaşa pul yardımı etmək və xəstəxanalar, binalar, avadanlıqlar kimi kapital resurslar təmin etmək, daha sonra isə əməliyyat səviyyəsində dəstəyin göstərilməsinə keçid almaqdan ibarət idi. Beləliklə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yarandığı ilk günlərdə PAŞA Holding və onun törəmə şirkətləri bu fonda 3,2 milyon manat vəsait köçürdülər. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qrupumuzun şirkətləri koronavirusun diaqnostikasına yönəldilmiş 6 tam avtomatlaşdırılmış, sürətli və yüksək dəqiqlikli laboratoriyanın açılışını maliyyələşdirib. Əlavə olaraq, sözügedən şirkətlər 170 süni ağciyər havalandırma cihazı və 10 yüksək dəyərli dializ aparatlarının alınmasını təmin edib. Həmçinin, ən güclü qoruyucu tibbi maskalar və qoruyucu tibbi geyimlər müvafiq olaraq tibb işçilərinə təqdim olunub. Ümumilikdə bu fəaliyyətlərə şirkətlər qrupumuz tərəfindən 23 milyon manata yaxın pul xərclənilib. Ölkədəki epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə kifayət qədər xəstəxana çarpayısına malik olmaq üçün hər biri 200 çarpayılıq olmaqla iki modul xəstəxananın quraşdırılmasını da maliyyələşdirdik. Bu xəstəxanalar ən yaxın zamanlarda hazır olacaq. Onların tikintisinə təxminən 5 milyon manat pul xərclədik”.

Baş İcraçı Direktor, “Bundan əlavə, şirkətlər qrupuna məxsus otel və obyektləri xəstələr və karantinə ehtiyacı olan vətəndaşlarla işləyən həkimlərin ayrıca yerləşdirilməsi üçün təmənnasız olaraq ayırdıq” deyərək sözlərinə belə davam edib:

“OTELLƏRİMİZİ HƏKİMLƏR VƏ KARANTİNƏ YERLƏŞDİRİLƏNLƏR ÜÇÜN AYIRMIŞIQ”

“Bu məqsədlə otaq sayına görə Bakı şəhərindəki ən böyük otel (Boulevard Hotel) və Naftalan şəhərindəki otel həkimlərin və tibb işçilərinin qalması üçün təqdim edildi. Karantinə yerləşdirilən insanlar üçün əlavə olaraq Siyəzəndə (Qalaalti Hotel & SPA), Lənkəranda (Lankaran Springs and Wellness Resort) və Şamaxıda (Shamakhi Palace Sharadil) otellər ayırdıq. Həmin obyektlərin hamısında karantində saxlanılan insanları gündə üç dəfə yemək və bütün zəruri gündəlik istehlak məhsulları ilə təmin edirik”.

“TÜRKİƏ VƏ GÜRCÜSTAN HÖKUMƏTLƏRİNƏ DƏ DƏSTƏK VERİRİK”

Cəlal Qasımov qeyd edib ki, holdinqin xaricdəki şirkətləri də müvafiq olaraq Türkiyə və Gürcüstan hökumətlərinə dəstək vermək üçün bütün səylərini səfərbər ediblər: “Məsələn, PAŞA Bank Türkiyə yerli türk şirkətləri ilə əməkdaşlıq etməklə Türkiyədəki tibb işçiləri üçün qoruyucu maskaların istehsalını maliyyələşdirib, PAŞA Bank Gürcüstan isə Marneuli sakinlərinin müdafiəsi məqsədilə vəsait ayırıb”.

200 MİN AİLƏYƏ ƏRZAQ YARDIMI ÜÇÜN 7 MİLYON MANAT İANƏ

PAŞA Holding-in Baş İcraçı Direktoru əlavə etdi ki, şirkətlər qrupu əhalinin həssas qruplarına, həmin həssas qruplara dəstək verməklə məşğul olan hökumət və qeyri-hökumət təşkilatlarına kömək etməyi planlaşdırır:

“Strategiyamızın mahiyyəti bu pandemiyanın mənfi iqtisadi nəticələrini minimuma endirmək, eyni zamanda ölkələrimizin sakinlərinin mənəvi əhval-ruhiyyəsini qoruyub-saxlamaqdan ibarət idi. Biz Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin icra etdiyi “Biz Birlikdə Güclüyük” layihəsinə birbaşa ianə köçürməklə ölkənin aztəminatlı əhalisinə dəstək verdik. Ümumilikdə biz bu layihəyə 7 milyon manat yardım etdik və həmin vəsait 200 min aztəminatlı ailəni ərzaq məhsulları ilə təmin etməyə sərf ediləcəkdir”. 

“BRAVO DA TƏNHA İNSANLAR YARDIM EDİR”

Cəlal Qasımov vurğuladı ki, Bravo marketlər şəbəkəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq etməklə tənha yaşlı insanlara 25000-dən çox ərzaq məhsulu qutuları ilə yardım etmiş və etməkdədirlər:

“Bravo marketlər şəbəkəsi ölkənin bir neçə yerli icra hakimiyyətlərinin köməyi ilə əlavə 3500 ailəni də ərzaqla təmin edib. Bu iki layihə üçün marketlər şəbəkəsinin xərclədiyi vəsait 1,5 milyon manatı keçib. Kapital Bank təqaüd kartlarının müddətini uzadıb və hətta həmin kartların yaşlı insanlara çatdırılmasını təmin edib. Bank “Evdə qal” televiziya proqramı çərçivəsində yaşlı insanlara hədiyyə bağlamaları da təqdim edib. Həssas əhali qruplarının digər bir kateqoriyası uşaqlardır. Bravo marketlər şəbəkəsi bir sıra uşaq evlərinə və sığınacaqlara dəstək verərək onları ən zəruri məhsullarla təmin edib. Eynilə, PAŞA Bank Türkiyə az gəlirli vətəndaşlar üçün Türkiyə Respublikasında start verilmiş yardım kampaniyasına da ianə edib”.

FERMERLƏ ÜÇÜN 5 MİLYON MANATLIQ İANƏ

PAŞA Holding-in vəzifələrindən biri pandemiyanın mənfi iqtisadi təsirini minimuma endirməkdir. Holdinq Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fermerlərə güzəştli mikrokreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinə 5 milyon manat ianə edib:

“Fondla bağladığımız razılaşmaya əsasən, bu kreditlər qrupumuzun tərkibinə daxil olan banklar istisna olmaqla, Fondla əməkdaşlıq edən bütün kredit təşkilatları vasitəsilə veriləcək. Beləliklə, biz həm koronavirus pandemiyası kontekstində, həm də sonrakı dövrdə kənd təsərrüfatı istehsalçılarına dəstək nümayiş etdirmək istədik. Bu, həmçinin qrupumuz tərəfindən banklara kiçik, lakin özünəməxsus dəstək idi. Öz növbəsində, PAŞA Bank Azərbaycan və Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Respublikası Banklar Assosiasiyasının sosial layihəsi çərçivəsində Bakıda və ölkənin bölgələrində həssas qrupların özünüməşğulluğuna dəstək veriblər. Ölkədə yaşayan məhdud imkanlı şəxslərə onların fəaliyyət sahələrinə uyğun olaraq öz bizneslərini qurmaq və idarə etmək üçün ümumi dəyəri təxminən 140 min manat təşkil edən alət və avadanlıqlar banklarımız tərəfindən satın alınaraq çatdırılıb. Eyni zamanda, PAŞA Bank Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə keçirilən, əsas mövzusu koronavirusun iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrə təsirinin azaldılması, dünya bazarında yeni rəqəmsal həllərin yaranması, habelə rəqəmsal keçidin sürətinin artırılması olan virtual hakatona dəstək göstərib”.

“PAŞA Holdinq pul vəsaitlərinin əksər hissəsini Azərbaycanda qazanırıq və buradakı müştərilərimiz məhsul və xidmətlərimizə görə ödəniş edən milyonlarla insanlardır. Çətin günlərdə ölkə əhalisinə və qrupumuzun biznesləri üçün doğma olan müştərilərimizə borcumuzu qaytarmağa çalışırıq”, - Cəlal Qasımov sonda vurğuladı.

PAŞA Cəlal Qasımov
30.04.2020 09:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ