Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gürcüstan əhalisi azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan əhalisi azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan əhalisinin sayı 3 milyon 716 min 900 nəfər təşkil edir.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, illik müqayisədə qonşu ölkə əhalisinin sayında 0,2% azalma qeydə alınıb.

Azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində isə əhalinin sayı 434,2 min nəfər təşkil edir. Əhalinin 189,7 min nəfəri şəhər, 244,5 min nəfəri isə kəndlərdə yaşayır.

Ölkə əhalisinin yaş tərkibinə gəlincə 0-14 yaşlı şəxslər ümumi əhalinin 20,4%-ni, 15-64 yaşlı şəxslər 64,5%, 65 və ondan yuxarı yaşlı şəxslər isə 15,1%-ni təşkil edir.

Gürcüstan əhalisinin 48%-i kişilər, 52%-i isə qadınlardan ibarətdir.

İllik müqayisədə kişilərin sayı dəyişməz qalaraq 1 mln. 790,3 min nəfər, qadınların sayı isə 0,3% azalaraq 1 milyon 926,6 min nəfərə bərabər olub.

Ötən il qonşu ölkədə doğulanda gözlənilən ömür uzunluğu 74,1 yaş təşkil edib. Bu göstərici kişilər üçün 69,8, qadınlar üçün isə 78,4 yaş olub.

Əhalinin orta yaşı isə 37-dir.

Report

30.04.2020 11:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ