Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da qazılan neft quyularının sayı son iki ilin zirvəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazılan neft quyularının sayı son iki ilin zirvəsində

 

 ABŞ-ın neft sənayesinin durumu və qısa dövr xam neft hasilatı haqqında önəmli ipucu təmin edən neft qazma qurğularının sayının son iki ilin ən yüksək səviyyəsinə çatdığı bildirilib.

Reklam_3_11

 

"Marja" xəbər verir ki, dünyanın ən böyük üçüncü neft sektoruna xidmət şirkəti "Baker Hughes"in həftəlik hesabatına görə, Amerika neft sənayesində bu həftə 11 neft qazma qurğusu işə düşüb.

 

Beləliklə, ABŞ-dakı cəmi aktiv qazma qurğularının sayı 683-ə çıxaraq 2015-in aprel ayından bu yana ən yüksək səviyyəyə çatıb.

 

"Baker Hughes", həmçinin ölkədəki neft qazma qurğularının sayının ardıcıl 13 həftədir artmaqda olduğunu qeyd edib.

 

NEFT HASİLATI 8 HƏFTƏDİR ARTIR

 

 Aşağı neft qiymətlərindən mənfi təsir görmüş ABŞ-ın xam neft istehsalının toparlandığı müşahidə olunur, ölkədə neft hasilatı 8 həftədir ardıcıl artır.

 

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ xam neft hasilatı son 8 həftədir artım qeyd edərək ötən həftə 9,23 milyon barelə qədər yüksəlib.

 

Ekspertlər, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın bu ilin əvvəlindən etibarən istehsal səviyyələrini azaltmasına işarə edərək, bunun neft qiymətlərini artırdığını və bu sayədə də Amerikanın neft sektoruna investisiyaların geri qayıtmağa başladığını bildirirlər.

 

 EIA-nın aprel ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,2 milyon barrel, gələn il də 9,9 milyon barrel olacağı gözlənilir.

14.04.2017 05:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ