Dolların qiymətləri ucuzlaşıb
Foreks bazarlarında dolların ucuzlaşması ilə yanaşı, avro və funtun qiymətində də bahalaşma güclü deyil, əksinə kriptovalyuta bazarında trendlər güclənir.Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) gələcək gözləntilərə dair açıqlamalardan sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşaraq, aprel ayının orta səviyyələrində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymətlərin mart ayının orta qiymətlərinə kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, EUR/USD və GBP/USD məzənnələrində də bahalaşma məhdud qiymətləndirilir, ucuzlaşma dalğasının güclənəcəyi ehtimalları da gündəmdədir.
Lakin kriptovalyuta bazarlarında Bitkoin (9404$), Laytkoin (51$), Etereum (226$), Riplin 0.23$) qiymətlərində dəyər qazanma davam edir.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1717$-ın altında dalğalanmaqdadır və qalmaqda davam edərsə, 1670$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır. Burada onu qeyd etmək lazımdır ki, koinlərin dollara nisbətən qiymətlərinin bahalaşması ilə yanaşı, qızıla olan tələb də yüksək olaraq qalır və bu səbəbdən də qızılın qiymətində bahalaşmanın güclənəcəyi ehtimalları da kifayət qədər önəmli səviyyələrdədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl