Fransa vətəndaşı İsmayıllıdakı biznesini böyüdür
Livanda doğulan Fransa vətəndaşı Şamaxının Kələxana kəndində təsərrüfat yaradıbFransa vətəndaşı 42 yaşlı Siril Kərim Rabbatlı Şamaxının Kələxana kəndində ölkəmizdə fermerlərə yaradılan əlverişli şəraitdən faydalanaraq təsərrüfat yaradıb. Təsərrüfatında taxıl sahəsi, üzü bağı ilə yanaşı, inək ferması da var.
Fransa vətəndaşı Livanın Beyrut şəhərində doğulub. İyirmi il əvvəl Azərbaycana pənah gətirən Kərim yeddi il Bakıda yaşadıqdan sonra, 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 kilometr aralıda, dağların arasında yerləşən Kəlaxana kəndinə köçən əcnəbi, ilk olaraq üzüm bağı salıb. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran fermer bir neçə ildir ki, arpa-buğda əkini ilə də məşğuldur.
Ətlik və südlük inəklər saxlayan fermer gələcəkdə bu sahəni genişləndirəcəyini söyləyir: “Bu fermanı yaradarkən 10 baş inəyim var idi. Hazırda heyvanların sayı 45-ə çatıb. Gələcəkdə isə artıraraq 200 baş edəcəyəm".
2008-ci ildə azərbaycanlı xanımla ailə quran Siril Kərim Rabbatlının 9 yaşlı Selin adlı qızı, 6 yaşlı Rəfael adlı oğlu var.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl