Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fransa vətəndaşı İsmayıllıdakı biznesini böyüdür

Livanda doğulan Fransa vətəndaşı Şamaxının Kələxana kəndində təsərrüfat yaradıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Fransa vətəndaşı İsmayıllıdakı biznesini böyüdür

Fransa vətəndaşı 42 yaşlı Siril Kərim Rabbatlı Şamaxının Kələxana kəndində ölkəmizdə fermerlərə yaradılan əlverişli şəraitdən faydalanaraq təsərrüfat yaradıb. Təsərrüfatında taxıl sahəsi, üzü bağı ilə yanaşı, inək ferması da var.

Fransa vətəndaşı Livanın Beyrut şəhərində doğulub. İyirmi il əvvəl Azərbaycana pənah gətirən Kərim yeddi il Bakıda yaşadıqdan sonra, 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 kilometr aralıda, dağların arasında yerləşən Kəlaxana kəndinə köçən əcnəbi, ilk olaraq üzüm bağı salıb. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran fermer bir neçə ildir ki, arpa-buğda əkini ilə də məşğuldur. 

Reklam_3_11

Ətlik və südlük inəklər saxlayan fermer gələcəkdə bu sahəni genişləndirəcəyini söyləyir: “Bu fermanı yaradarkən 10 baş inəyim var idi. Hazırda heyvanların sayı 45-ə çatıb. Gələcəkdə isə artıraraq 200 baş edəcəyəm".

2008-ci ildə azərbaycanlı xanımla ailə quran Siril Kərim Rabbatlının 9 yaşlı Selin adlı qızı, 6 yaşlı Rəfael adlı oğlu var.

Azərtac

30.04.2020 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ