Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor (qrup halında məşğələlər istisna olmaqla) xidmətləridir. 

Repetitor xidməti göstərən şəxs əvvəl dərs keçdiyi yerə getmək və evində repetitor kimi fəaliyyət göstərmək üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir və bunun üçün onun VÖEN-i olmalıdır. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. VÖEN alması vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir, bununla o, gəlir əldə etməklə vergi tutulan müəyyən əməliyyatı yerinə yetirir. Başqa sözlə, VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən sənəddir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs gəlir əldə etdiyi üçün VÖEN almalıdır.

Reklam_3_11

VÖEN-i həm elektron qaydada, həm də vergi ödəyicilərinə xidmət mərkəzlərinə gedərək əldə etmək olar. Hazırda ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti elektron qaydada davam edir və həmin mərkəzlər vergi ödəyicilərinə bütün xidmətləri elektron formada göstərirlər. VÖEN əldə edilməsi barədə daha ətraflı məlumatla Vergilər Nazirliyinin rəsmi internet səhifəsində "Fiziki şəxslər" bölməsindəki reqlamentlər vasitəsilə tanış olmaq mümkündür (https://www.taxes.gov.az)

Vergilər

30.04.2020 14:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ