Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Milli Depozit Mərkəzi tariflәrini ləğv etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Depozit Mərkəzi tariflәrini ləğv etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə bazarlarının tənzimləyici orqanı olan Mərkəzi Bankın qeyd edilən qərarı ilə bağlı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 30 aprel 2020-ci il tarixində keçirilmiş iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzәştlәrin verilmәsi istiqamətində müvafiq qərar qəbul edilib. 

Milli Depozit Mərkəzindən Marja-ya daxil olmuş məlumata görə, həmin qərara əsasən 01 may tarixindən etibarən aşağıdakılar təsbit edilmişdir:

Reklam_3_11

- Fond birjasında sәhmlәrin vә istiqrazların tәkrar bazarında bağlanan әqdlәri habelә repo әmәliyyatlarının qeydiyyatı üzrә Milli Depozit Mәrkәzinә ödәnilәn tariflәr 30 sentyabr 2020-ci il tarixinәdәk lәğv edilir;

- Fond birjasında dövlәt istiqrazları, Mәrkәzi Bankın notları vә ipoteka istiqrazları ilә bağlanan tәkrar bazar әqdlәri üzrә hesablaşmalar 30 sentyabr 2020-ci il tarixinәdәk “T+1” rejimindәn “T+0” rejiminә keçirilir.

Koronavirus (COVID-19) pandemiyasının vә bundan irәli gәlәrәk dünya enerji vә sәhm bazarlarında baş verәn kәskin dalğalanmaların Azәrbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyә, ölkәdә mәşğulluq mәsәlәlәrinә vә sahibkarlıq subyektlәrinә mәnfi tәsirinin azaldılması istiqamətində Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2020-ci il 23 aprel tarixli 16 saylı qәrarı ilə əlavə dəstəkləyici tədbirlər təsdiq edilmişdir. Bu qərar koronavirus (COVID-19) pandemiyasının həmçinin kapital bazarı iştirakçılarına mәnfi tәsirinin azaldılmasını nəzərdə tutur.

30.04.2020 17:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ