Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp, koronavirusun Çindəki laboratoriyadan çıxdığına dair dəlil gördüyünü açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp, koronavirusun Çindəki laboratoriyadan çıxdığına dair dəlil gördüyünü açıqladı

ABŞ Prezidenti Donald Tramp, yeni növ koronavirusun (Covid-19) Çinin Vuhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair dəlilləri gördüyünü ancaq bu anda detalları açıqlaya bilməyəcəyini deyib.

Marja xəbər verir ki, Tramp, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Reklam_3_11

Covid-19-un Vuhandakı bir laboratoriyadan çıxmış olduğu iddialarına dair Tramp, "Vuhan Viroloji İnstitutunun virusun qaynağı olduğuna dair sizə yüksək dərəcədə əsas verən bir dəlil gördünüzmü?" şəklindəki suala, "Bəli gördüm" deyə cavab verib.

Tramp, "Çin bunu qəsdən ya da səhvən etmiş olursa olsun, araşdırmaçılarımız bu mövzuda işləyir. Sizə bu anda daha çoxunu söyləyə bilməyəcəm" deyib. 

ABŞ KƏŞFİYYATI COVİD-19-UN İNSAN İSTEHSALI OLMADIĞI NƏTİCƏSİNƏ GƏLMİŞDİ

Covid-19-a dair "insan istehsalı olduğu" şəkilində bir çox iddia gündəmə gəlmiş və ABŞ kəşfiyyatının bu iddiaları araşdırdığı bildirilmişdi.

ABŞ Milli Kəşfiyyat Xidməti (DNI) dünən yaydığı açıqlamasında, "Kəşfiyyat Covid-19 virusunun insan istehsalı və ya genetik olaraq dəyişdirilmədiyinə dair elmi məlumatlarla həmfikirdir" ifadəsinə yer vermişdi. 

Açıqlamada, "epidemiyanın qaynağının heyvanlarla təmas ya da bir Çin laboratoriyasında qəza nəticəsində ortaya çıxıb-çıxmadığının isə araşdırıldığı" qeyd edilmişdi.

01.05.2020 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ