Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

4 sığorta şirkəti zərərlə işləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 sığorta şirkəti zərərlə işləyib

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-ü ötən ili zərərlə başa vurub.

Bunlar "Xalq Həyat Sığorta", "Standard Insurance" Sığorta Şirkəti, "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lərdir.

Reklam_3_11

Zərərin ən yüksək həddi "Xalq Sığorta"da (17,656 milyon manat), ən aşağı həddi isə "Xalq Həyat Sığorta"da (1,109 milyon manat) qeydə alınıb.

Qalan 17 sığorta şirkəti isə müxtəlif məbləğlərdə mənfəət əldə edib. Bu baxımdan ən yüksək göstərici "PAŞA Həyat Sığorta" ASC-də (32,013 milyon manat), ən aşağı göstərici isə "Bakı Sığorta" ASC-də (237 min manat) qeydə alınıb.

6 sığorta şirkətinin (xalis) mənfəəti azalıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 8-nin ötənilki maliyyə mənfəəti illik müqayisədə çox olub.

Bunlar "Günay Sığorta", "Amrah Sığorta", "Qala Həyat Sığorta", "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Qala Sığorta", "Rəvan Sığorta" və "Atəşgah Həyat Sığorta" ASC-lərdir.

Ən yüksək dinamika "Günay Sığorta"da (12,6 dəfə), ən aşağı dinamika isə "Atəşgah Həyat Sığorta"da (5,4%) qeydə alınıb.

6 şirkətin - "A-Qrup Sığorta", "Meqa Sığorta", "Bakı Sığorta", "İpək Yolu Sığorta" ASC-lər, "Azərsığorta", eləcə də "Azsığorta" ASC-nin isə (xalis) mənfəəti illik müqayisədə az olub. Ən çox azalma "Azsığorta"da (82,6%), ən az azalma isə "A-Qrup Sığorta"da (24,9%) qeydə alınıb.

2 şirkətin - "Xalq Həyat Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti ASC-lərin isə zərəri artıb - müvafiq olaraq 36,3 dəfə və 73,2%.

2 şirkət - "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lər ötən ili zərərlə, əvvəlki ili mənfəətlə, 3 şirkət - "Atasığorta", "Atəşgah Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lər isə ötən ili mənfəətlə, əvvəlki ili zərərlə başa vurub, odur ki, bu şirkətlərin maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Renkinq

01.05.2020 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ