CDB Bankdan yeni kart - “SAHİBKART”

Məlum olduğu kimi, “Caspian Development Bank (CDB)” 2017-ci ili “Yerli istehsala dəstək ili” elan edib.

 

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bu konsepsiya çərçivəsində nəzərdə tutulan layihələrdən biri olaraq, bank bazara sahibkarlar üçün yeni “Sahibkart” məhsulu təqdim edir.

 

 Adından da göründüyü kimi “Sahibkart” kartı sahibkarlıq fəaiyyəti ilə məşğul olan fiziki şəxslər, kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. “Sahibkart” sahibini ölkə daxilində və xaricdə nağdsız ödənişlər, eləcə də gömrük və vergi, onlayn ödənişlər həyata keçirmək, ezamiyyə xərcləri, mal materialların ödənilməsi və digər biznes xərcləmələrini etmək imkanı ilə də təmin edir.

 

Bundan əlavə kart imkan verir ki, sahibkarlar vəsaitlərini banka gəlmədən istənilən bankın ATM-dən 7 gün 24 saat ərzində güzəştli nağdlaşdırma ilə əldə etsinlər. “Sahibkart”a vəsait daxil etmək də fasiləsiz mümküdür. Sahibkartın ən əsas üstünlüklərindən biri də odur ki, kart sahibi bankın bütün xidmətlərindən güzəştli tariflərlə istifadə etmək imkanı əldə edəcək və bu kart ona həm də gəlirlərini artırmaq imkanı yaradacaq.

 

“Sahibkart”ın şərtləri güzəşt və digər üstünlükləri ilə bağlı daha ətraflı məlumatı CDB Bankın filial və şöbələrinə müraciət etməklə, eləcə də 1545 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.

14 Aprel 2017, 08:34   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]