Bu gün yeni Baş prokuror seçiləcək - YENİLƏNİB
Kamran Əliyev yeni Baş prokuror seçilib.
Vitse-spiker Əli Hüseynli bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında üzvlər Kamran Əliyevin Baş Prokuror təyin edilməsinə razılıq verib.
Deputat Vahid Əhmədov çıxış edərək deyib ki, gündəlikdə bir çox ciddi məsələlər var: “Hesablama Palatasının illik hesabatı təqdim olunmalıdır, Baş prokurorun təyin edilməsinə razılıq verilməlidir və gündəlikdə əlavə 20-dən çox məsələ var. Kamran Əliyevi peşəkar prokuror kimi hər birimiz tanıyırıq, müəyyən üsniyyətimiz də olub. Buna görə də təklif edirəm ki, çıxışlar olmadan səsverməyə keçək”.
Səsvermə nəticəsində 114 səslə K.Əliyev Azərbaycanın yeni Baş Prokuroru seçilib.
XXX
Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş prokurorla bağlı məsələyə baxılacaq.
Prezident İlham Əliyev “Baş Prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” Milli Məclisə təqdimat göndərib.
Qeyd edək ki, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Xatırladaq ki, 64 yaşlı Zakir Qaralov 25 aprel 2000-ci ildən sözügedən vəzifədə idi.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
11 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl