Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mühasiblər və maliyyə mütəxəssisləri üçün vebinar keçiriləcək - PROQRAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mühasiblər və maliyyə mütəxəssisləri üçün vebinar keçiriləcək - PROQRAM

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Moldovanın Sertifikatlaşmış Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP) Azərbaycan və Moldova mühasiblərini, maliyyə mütəxəssislərini virtual məkanda bir araya gətirərək “Şirkətin maliyyə vəziyyətinin diaqnostikası -böhranı aradan qaldırmağın başlanğıc mərhələsi” mövzusunda birgə vebinar təqdim edəcək.Vebinarda Siz: 

-İqtisadi böhran şəraitində şirkətin yüksək keyfiyyətli maliyyə təhlili və diaqnostikasının aparılması üçün müasir metod və vasitələrlə tanış olacaqsınız;

-Düzgün və əsaslandırılmış idarəetmə qərarlarının verilməsi üçün təcrübə və tövsiyələr əldə edəcəksiniz.

Vebinar 2,5 saat müddətinə hazırlanmışdır, rus dilində aparılacaq.

Keçirilmə tarixi: 09 may 2020-ci il, saat 15:00 (Bakı vaxtı ilə)

Vebinar Zoom proqramı üzərindən keçiriləcək. Vebinarın başlanmasından yarım saat öncə APFM Facebook səhifəsində vebinarın linki (keçid) yerləşdiriləcək. Vebinar ödənişsizdi.

Proqram:

1.Böhran vəziyyətində maliyyə təhlilinin məqsədləri və metodları.

2.Şirkətin hesabatı -maliyyə təhlili üçün məlumat mənbəyidir.

3.Maliyyə əmsalları - şirkətin maliyyə vəziyyətinin göstəriciləridir:

- maliyyə əmsallarının hesablamalarını hazırlamaq üçün maliyyə hesabatlarının təhlili

- likvidlik və ödəmə qabiliyyəti əmsalları (şirkətin cari hesablaşmalar aparmaq qabiliyyəti);

- dövriyyə və işgüzar fəaliyyət əmsalları (şirkətin resurslarından səmərəli istifadə);

- əhatə etmə əmsalları (şirkət öz maliyyə öhdəliklərinə xidmət edə bilirmi);

- mənfəət və rentabellik əmsalları (şirkətə investisiya qoyuluşunun ümumi səmərəliliyinin qiymətləndirilməsi);

- DuPont modelinə əsaslananaraq amillərin təhlili və maliyyə göstəricilərinin təfsiri.

4. Mütəxəssisislərin tövsiyələri və praktik nümunələrin nümayişi.

5. Suallara cavablar.

01.05.2020 12:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ