Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bankdan Amrahbankın işçilərilə bağlı açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan Amrahbankın işçilərilə bağlı açıqlama

"Mən bu gün Amrahbankın işçilərinin əməkhaqlarının ödənilməsi üçün tapşırıq vermişəm".

Marja xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

"Onların əməkhaqqıları ödəniləcək, həmçinin işlə təmin olunmalarına kömək göstəriləcək", - Elman Rüstəmov deyib.

Qeyd edək ki, Amrahbank-ın işçiləri Bankın bağlanmasına və əməkhaqlarının ödənilməməsinə etiraz ediblər.

Mərkəzi Bankın sədri etirazın emosional xarakter daşıdığını deyib.

"Amrah Bank"da  da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da "Atabank"da olduğu kimi ciddi kapital çatışmazlığı var. "Amrah Bank"ın rəhbərliyinə əlavə vaxt verilmişdi. Biz onlara bildirdik ki, əlavə maliyyələşmə üçün imkanlar var. Onlar da buna razı olmadıqlarını dedikdən sonra biz bu qərarı verdik. Mərkəzi Bank hansısa bankın bağlanmağında maraqlı deyil. Bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edildi və həmin bankları sağaltmaq mümkün olmadığı üçün "cərrahiyyə əməliyyatı aparıldı"",- Elman Rüstəmov əlavə edib.

01.05.2020 12:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ