Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Atabank” və “Amrahbank” müflis elan edildi, iflas proseduruna başlanıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atabank” və “Amrahbank” müflis elan edildi, iflas proseduruna başlanıldı

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanılıb.

Marja xəbər verir ki, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Reklam_3_11

Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və 30 iyul 2007-ci il tarixdə 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC 1 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banklara verilmiş şəhadətnamə ləğv edilmişdir.

01.05.2020 14:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ