Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıya gediş-gəliş və ya Bakıdan gediş-gəliş bərpa olunur?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıya gediş-gəliş və ya Bakıdan gediş-gəliş bərpa olunur?

Əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin 4 may 2020-ci il saat 00:00-dan etibarən yumşaldılmasına dair qərar verilib.

Marja Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi qüvvədə qalır, digər rayon və şəhərlərdə isə (o cümlədən Naxçıvanda) ləğv olunur.

Reklam_3_11

Qısası, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayanlar yaşayış yerini 3 saat ərzində yalnız SMS icazə ilə tərk edə bilərlər, respublikanın rayon və şəhərlərinə  səfər edə bilməzlər.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu xaric digər rayon və şəhərlərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla).

Məsələn, Qubada yaşayan Şəkiyə, Bərdəyə gedə bilər, amma Bakıya səfər edə bilməz. Eyni zamanda, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayanlar rayonlara səfər edə bilməzlər.

01.05.2020 16:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ