“Gilan Holdinq” 6000 ailəyə yardım edib
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına qoşulub.
Belə ki, holdinqin əməkdaşları koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar.
Holdinq tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin siyahıları əsasında respublikanın Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Biləsuvar, Balakən, Cəbrayıl, Xocavənd və Bakının Xəzər, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonu ərazisində yaşayan ümumilikdə 6000 ailəyə yardım edilib.
Yardım çərçivəsində “Gilan Holdinq”in əməkdaşları vətəndaşların xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyini də bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 27 d. əvvəl
- 49 d. əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
19 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
21 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 21 saat əvvəl