Ən yuxarı statik reklam-3_3

Qutusunun qiyməti 250 manat olan şokolad istehsalına başlanıb - Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qutusunun qiyməti 250 manat olan şokolad istehsalına başlanıb - Azərbaycanda

Azərbaycanda şokolad və karamel məhsullar istehsalçısı “Ulduz” Şokolad Fabriki premium şokoladların istehsalına başlayıb. Bunu “Marja”ya fabrikin direktoru Mahir Balasıyev bildirib.

 

O qeyd edib ki, yeni şokoladların istehsalında ən bahalı xammallardan istifadə olunur. Bu səbəbdən yeni məhsulun qutusunun qiyməti 250 manatadək təşkil edir.

 

“Yeni məhsulların qiyməti çəkisindən asılı olaraq 50 manatdan 250 manata qədər dəyişəcək. Dünyada ən bahalı şokolad xammalarını taparaq bu məhsulun istehsalına başlamışıq. Ən bahalı xammallar ilə istehsal edildiyindən məhsulun qiyməti də yüksəkdir. Bizim bu məhsulların satışından yüksək məbləğdə gəlir götürmək niyyətimiz yoxdur. Məqsəd keyfiyyətli Azərbaycan məhsulu buraxmaq və “Made in Azerbaijan” brendinə dəstək verməkdir. Avropada üst seqmentdə şokoladlar var, amma Azərbaycan həmin seqmentdə təmsil olunmur. Məqsədimiz üst seqmentə də çıxmaqdır. Bu məhsulların istehsalında Azərbaycanı xatırladan bitkilərdən istifadə olunur. Kəklikotulu, darçınlı və s. şokoladlar var. Tərkibində belə bitkilərin olduğu şokoladlar Avropa və Rusyada yoxdur”.

 

Onun sözlərinə görə, 10 çeşiddə premium “Ulduz” şokoladlarının istehsal edilməsi nəzərdə tutulur. Məhsullar 50-800 qramlıq qutularda, paketlərdə və hədiyyəlik qablaşdırmada olacaqdır.

 

Mahir Balasıyev qeyd etdi ki, məhsulların satışı supermarketlərdə xüsusi guşələrdə, “Duty-Free”lərdə, iri ticarət mərkəzlərində (Mall-larda) və Bakıda İçəri Şəhərdə təşkil ediləcəkdir.

 

20 ÖLKƏYƏ İXRAC OLUNUR

 

Fabrikin direktoru əlavə etdi ki, hazırda “Ulduz” məhsulları 20-dən çox ölkəyə ixrac olunur:

 

“İstehsal etdiyimiz məhsulların təxminən 30%-ni ixrac edirik. Bu yaxınlarda məhsullarımızın Səudiyyə Ərəbistanın Məkkə şəhərinə ixracına başlamışıq. Çin Xalq Respublikasının Şandon vilayətində “Ulduz”un satış mərkəzini açmışıq. Artıq 1 ildir Moskvada “Ulduz”un satış və logistika mərkəzi fəaliyyət göstərir. Logistik mərkəzdə 100 kq-dan 100 tona qədər məhsul istəyən mütəriyə xidmət göstərə bilirik”.

 

FABRİKİN İSTEHSAL GÜCÜ 40 FAİZ ARTACAQ

 

Mahir Balasıyev qeyd etdi ki, istehsalın genişləndirilməsi üzrə də işlər aparılır. Yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində gələn ildən fabrikin istehsal gücü 40% artacaqdır. Genişlənən istehsal sahəsində yeni çeşiddə məhsulların, xüsusilə biskivitlərin istehsalı nəzərdə tutulur.

 

“BAZAR PAYIMIZ SÜRƏTLƏ ARTIR”

 

“Ulduz”un yerli bazarda da bazar payı artır:

 

“Daxili bazarda qiymətlərimizi 20% endirmişik. Qiymət endirimindən sonra daxili bazarda payımız sürətlə artır. Hazırda bazar payımız 15%-in üzərinə çıxıb”, - Mahir Balasıyev bildirdi.

14.04.2017 07:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ