Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi mart və aprel ayının müqavimət səviyyələri altında ticarət edilməkdədir. Avrozonaya dair açıqlanan mənfi fundamental, xüsusilə də inflyasiya ilə bağlı göstəricilər avronu təzyiq altında saxlayan əsas səbəbdir.

Keçən həftənin son ticarət günündə növbəti ucuzlaşma dalğasına başlayan Avro/Dollar məzənnəsi, 1.10$-ın altında qaldıqca, 1.08$-a kimi də ucuzlaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikadan dərc ediləcək əmək bazarına dair önəmli fundamental xəbərlər də önəmli rol oynayacaqdır.

GBP

GBP/USD məzənnəsi də İngiltərə iqtisadiyyatı ilə bağlı açıqlanan mənfi fundamental göstəricilər fonunda təzyiq altındadır və 1.25$-ın altında qaldıqca, 1.23$-a kimi dəyər itirəcəyi ehtimal edilir.

TRY

USD/TRY məzənnəsi isə son bir ilin maksimumunu yeniləməkdə davam edir. Texniki analizlər üzrə proqnozların ağırlığı məzənnənin 7.10TL-yə kimi bahalaşacağı istiqamətindədir.

Digər tərəfdən bazar ertəsi saat 11:00-da dərc ediləcək inflyasiyaya dair proqnozlar da ölkədə qiymətlərin artmayacağı istiqamətindədir və bu, lirədə ucuzlaşma dinamikasının zəifləməsinə də səbəb ola bilər.

OIL

Dünya iqtisadiyyatında neftə olan tələbin güclənəcəyi ehtimallarının artması, enerji birjalarında neft qiymətlərinin də dəyər qazanmasına səbəb olub. Hazırda 25-26$ aralığında dalğalanan Brent neftinin bir barel qiymətinin, uzun müddətli perspektivdə, 19$-ın üzərində qaldıqca, bahalaşmaqda davam edəcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.

GOLD

Əlvan metallar birjalarında qızılın qiyməti keçən həftənin ikinci yarısı 1700$-ın (54.7 $/qram) altında ticarət edilib və sözügedən səviyyənin altında qaldıqca, 1651$-a (53.1 $/qram) kimi də dəyər itirə biləcəyi ehtimal edilir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

InvestAZ
04.05.2020 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ