Hesablama Palatası 2019-da zərərlə başa vurub
Hesablama Palatası 2019-cu ili 118 min manat zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 22,8% azdır.
Ötən il Hesablama Palatasının gəlirləri 5 milyon 629 min manat (illik müqayisədə 54,1% çox) təşkil edib ki, bunun da hamısı qeyri-birja əməliyyatları hesabına əldə edilib.
Hesabat dövründə qurumun xərcləri isə 5 milyon 747 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 51% artım deməkdir. O cümlədən Hesablama Palatasının sərf etdiyi materialların dəyəri 16,1% artaraq 97 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər 62,2% artaraq 4 milyon 954 min manat, amortizasiya xərcləri 9% artaraq 217 min manat, sair əməliyyat xərcləri isə 2,2% artaraq 479 min manat təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5 milyon 659 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 75,6% azalaraq 21 min manata, balans kapitalı (xalis aktivləri) isə 2,1% azalaraq 5 milyon 638 min manata düşüb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
16 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 16 saat əvvəl
-
16 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 17 saat əvvəl
-
19 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 19 saat əvvəl
-
19 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
19 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir