Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ən varlı 5-ci adamın şirkəti 50 milyard dollar zərər açıqladı

90 yaşındakı ABŞ-lı məşhur sərmayəçi Warren Buffett-in şirkəti ilk rübdə 49,7 milyard dollar zərər edib. Keçən ilin eyni dövrdə 21,7 milyard dollar mənfəət əldə edən şirkət, koronavirus epidemiyası ilə əlaqədar olaraq tarixdəki ən böyük zərərinə imza atıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən varlı 5-ci adamın şirkəti 50 milyard dollar zərər açıqladı

Əfsanəvi sərmayəçi, 90 yaşlı Uaren Buffetin (Warren Buffet) qurucusu və İcraçı direktoru olduğu "Berkshire Hathaway" şirkəti 2020-ci ilin ilk rübündə 49,7 milyard dollar xalis zərər açıqlayıb.

Marja xəbər verir ki, bu rəqəm, şirkətin indiyə qədər qeyd etdiyi ən böyük zərərdir.

Reklam_3_11

"Berkshire Hataway" keçən ilin eyni dövründə 21,7 milyard dollar xalis mənfəət açıqlamışdı.

Dünyanın ən varlı 5-ci adamı olan 90 yaşındakı Buffettin sərvəti də ilin əvvəlindən bu yana 17,2 milyard dollar azalaraq 72 milyard dollara geriləyib. 

Maliyyədən sənayeyə, nəqliyyatdan pərakəndəyə qədər bir çox şirkətdə investisiyası olan "Berkshire Hataway", koronavirus epidemiyasından ən çox mənfi təsir görən şirkətlərdən biridir.

Birjada ticarət olunan "Berkshire Hataway" səhimləri ilin əvvəlindən bu yana təxminən 20% dəyər itirib.

"Berkshire Hataway" şirkətinin Apple, Bank of America, Coca-Cola, Wells Fargo və Kraft Heinz kimi nəhəng şirkətlərdə investisiyası var.

04.05.2020 11:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ