Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri artırılıb
Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) aqrar sahəyə ayrılan subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək səlahiyyəti verilib.
Bu səlahiyyət Ölkə başçısının 01 may 2020-ci il tarixli Fərmanı ilə AKİA-nın Əsasnaməsinə edilmiş əlavəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsini, habelə bu sahədə fəaliyyətin təşkilini və əlaqələndirilməsini həyata keçirən quruma həvalə olunub.
“Yeni səlahiyyətlərimiz bizə imkan verəcək ki, subsidiyaların aqrar sahəyə göstərdiyi qısa və uzunmüddətli təsiri araşdıraq, onların səmərəliliyini artırmaq istiqamətində təkmilləşdirmələr aparaq”, - deyə AKİA-nın sədri Mirzə Əliyev vurğulayıb.
Agentlik sədri əlavə edib ki, qurumun qarşısında duran əsas məqsəd subsidiyaların aqrar sahənin inkişafına real təsirini təmin etməkdir: “Bunun üçün də subsidiyaların doğru ünvanlara çatması vacibdir”.
Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən aqrar sahəyə subsidiya müraciətləri elektron sistem üzərindən qəbul edilir və fermerlərin kartlarına bir hissəsi nağdlaşdırılmayan, yalnız istehsal xərcləri üçün pos-terminallar vasitəsilə ödənilə bilən vəsait şəklində köçürülür. İlk olaraq bu qayda ilə ötən ilin payızlıq əkinləri üçün əkin subsidiyası və pambıq üçün məhsul subsidiyası ödənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb
-
3 saat əvvəl
"PAŞA Həyat" ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçildi
-
3 saat əvvəl
Azərbaycanda “E-Şikayət” sistemində karqo üzrə şikayətlər qəbul olunacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 29 % artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 20 %-ə yaxın azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl