Ən yuxarı (mobil)_30

"Onlar rahat şəkildə Bakıya gələ bilərlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Onlar rahat şəkildə Bakıya gələ bilərlər"

Bu gündən Azərbaycanda xüsusi karantin rejimində məhdudiyyətlərin bir qismi aradan götürülüb.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda, respublikanın digər ərazilərində isə tam sayda bərpa olunub. Eyni zamanda xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin, bütün sahələr üzrə fərdi ticarət obyektlərinin, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti bərpa olunub.

Xüsusi karantin rejimində qeyd edilən fəaliyyət sahələrində çalışan şəxslərin bir qismi qeydiyyatda olduqları bölgələrə gediblər. Həmin şəxslərin Bakıya necə qayıda biləcəyi ilə bağlı açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həmin şəxslər əməkdaşı olduqları qurumun vəsiqəsi və işə çağırılması barədə iş yerindən arayışla rahat şəkildə Bakıya gələ bilərlər:

“Rəhbərlik imza və möhürlü arayış verir ki, bu şəxs bizim əməkdaşdır və işə çağırılır. Dövlət qurumlarında yox, özəl işlərdə çalışanlar isə (bərbərxana, gözəllik salonu və s.) Bakıya işləməyə qayıtmalıdırsa, icaze.gov.az-da qeydiyyatdan keçməlidir. Həmin şəxslə bağlı da arayış verilə bilər ki, hansısa ünvanda gözəllik salonu, bərbərxana, fərdi tədris mərkəzi və s. yerdə çalışır”.

APA

04.05.2020 12:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ