Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Qızılın daha da bahalaşacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın daha da bahalaşacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

UBS İnvestisiya Bankı qızılın unsiya qiymətinin 1800 dolları aşması ehtimalının artdığını nəzərdə tutur.

Marja xəbər verir ki, Bankdan Joni Teves-ə görə May ayında qızılın qiyməti daha da yüksələ və 1800 dolları aşa bilər. 

Bankın qısamüddətli qiymət hədəfi 1790 dollardır.

Hazırda qızılın unsiyasının qiyməti 1705 dollar səviyyəsindədir. Əgər UBS-in proqnozu reallaşarsa, bu, qızılın 6%-ə yaxın bahalaşması demək olacaqdır.

Koronavirus epidemiyasının səbəb olduğu iqtisadi böhran mühitində, Aprel ayında "etibarlı liman" alışları ilə qızılın unsiyasının qiyməti 1747 dollara qalxaraq son 8 ilin ən yüksək səviyyəsinə qalxmışdı. 

Qızılın qiyməti cari ilin əvvəlindən bu yana təxminən 12% yüksəlib.

Koronavirus epidemiyası qızıla tələbi artırıb.

Teves də xüsusilə korporativ sərmayəçinin qızıla tələbinin artdığına diqqət çəkərək, "qeyri-müəyyənliklərin yüksək olduğu, böhran gözlənilən bu kimi dövrlərdə, real faizlər də mənfiykən qızıl daha cazibədar bir sərmayə vasitəsi olur", -bildirib.

UBS qızıl
04.05.2020 15:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ