Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərsun” daha çox himayə istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun” daha çox himayə istəyir

“Azərsun Holdinq” Azərbaycan hökumətinin son proteksionizm siyasətini dəstəkləyərək daha çox yerli məhsulların himayə olunmasını istəyir.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, Bakıda keçirilmiş “Caspian Energy Forum”da “Azərsun Holdinq”in Baş direktoru Savaş Uzan bildirib ki, hökümət spesifik idxal rüsumunu tətbiq etdiyi malların siyahısını artırmalıdır:

 

“Spesfik rüsumlar mövzusuna toxunmaq istəyirəm. Spesifik rüsumlar yerli istehsal olan bir çox məhsulların xarici analoqlarına tətbiq edilib. Lakin bir sıra yerli məhsulların xarici analoqlarına tətbiq edilməyib. Həmin məhsullar ilə bağlı təkliflərimiz var və bununla bağlı olaraq İqtisadiyyat Nazirliyinə və Dövlət Gömrük Komitəsinə müraciət etmişik”.

 

Bundan əvvəl “Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdollbari Goozal, Ukraynadan idxal olunan şəkər tozu idxalına spesfik gömrük rüsumunun tətbiq edilməsini istədiklərini bəyan etmişdi.

 

Qeyd edək ki, proteksionizm (himayəçilik) milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasətidir.

14.04.2017 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ