Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

4 milyon avro sərmayə yatırılan şirkət zərərdə "üzür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 milyon avro sərmayə yatırılan şirkət zərərdə "üzür"

01 Yanvar 2020-ci il tarixində “Gəncə Sənaye Cihaz” ASC 5 milyon 79 min manat yığılmış zərərə malik olub. Bu, şirkətin bir neçə ildir zərər ilə fəaliyyət göstərdiyinə işarədir.

Marja ASC-nin balansına istinadən xəbər verir ki, yığılmış zərər şirkəti 710 min manatlıq nizamnamə kapitalını tamamilə silib və  kapitalda 3 milyon 832 min manat kəsir yaranıb.

Reklam_3_11

Ötən il “Gəncə Sənaye Cihaz”ın cəmi aktivləri 126 min manat azalaraq 1 milyon 612 min manata geriləyib.

“Gəncə Sənaye Cihaz” ASC Mənfəət və zərər hesabatını dərc etmədiyindən gəlirlər, xərclər və mənfəət haqqında məlumat əldə edə bilmədik.

Qeyd edək ki, keçmiş sovetlər məkanında yeganə su sayğaclarının istehsalı üzrə tam ixtisaslaşdırılmış Gəncə-Cihaz zavodunun bazasında “Gəncə Sənaye Cihaz” ASC yaradılmış və 2006-cı il 30 iyun tarixdə investisiya müsabiqəsinin qalibi “Galf-Servis” MMC-yə idarə olunmaya verilmişdir. Müəssisəyə 4  milyon avro həcmində sərmayə yatırılmışdır. İllik istehsal gücü 250 min ədəd su, 240 min ədəd qaz sayğaclarının istehsalı sahəsi yenidən qurularaq fəaliyyətə başlamışdır. İstehsal olunan sayğacların hamısı “SMART” tipli olaraq, əvəlcədən odənişlidir və istehsalatın qurulmasında Fransanın “İTRON” şirkəti partnyor kimi iştirakedib.

Gəncə Sənaye Cihaz su sayğacları İTRON SMART sayğac
05.05.2020 08:46

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ