Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Koronavirus nəhəng neft şirkətlərini son 17 ildə hasilatı kəskin azaltmağa məcbur edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Koronavirus nəhəng neft şirkətlərini son 17 ildə hasilatı kəskin azaltmağa məcbur edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni növ koronavirus (COVID-19) pandemiyası nəhəng neft şirkətləri olan BP, "Chevron", "Exxon Mobil", "Royal Dutch Shell"i son 17 ilin ən kəskin hasilat azalmasına getməyə məcbur edir.

"Reuters"in verdiyi məlumata görə, sözügedən şirkətlər gələcək həftələrdə İraqdan ABŞ-a qədər olan yataqlarda hasilatı kəskin azaltmaq planlarını açıqlayıb. BP şirkəti ABŞ-da şist neft hasilatını 2020-ci ildə gündəlik 70 min barel neft ekvivalentində azaldacağını və bunun 2019-cu ildəki hasilatdan təxminən 14% az olduğunu bildirib.

Reklam_3_11

"Exxon Mobil" və "Royal Dutch Shell" şirkətləri də neft qiymətlərinin kəskin enməsinə cavab olaraq gündəlik hasilatı azaldacaqlarını təsdiqləyib.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

APA

05.05.2020 09:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ