Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Fors major baş verməzsə, Manatın düşməsini proqnoz etmirik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fors major baş verməzsə, Manatın düşməsini proqnoz etmirik”

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

Bir müddət manat dollar qarşısında möhkəmlənsə də son iki gündə bunun əksi müşahidə edilir. Dünəndən başlayaraq əhalinin dollar tələbatının artması fonunda banklarda, eləcə də “qara bazar”da dollar bahalaşıb. Vəziyyəti şərh edən “AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev manatın kəskin dəyər itirməsini proqnoz etmədiklərini deyib:

 

“Hazırda əhalinin vəsaitlərinin 80-90%-i, sığorta təşkilatlarının məcmu aktivlərinin 60-70%-i xarici valyutadadır. Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla bütün banklar qanunun imkan verdiyi maksimum həcmdə uzun valyuta mövqeyindədir. Bütün bunlar göstərir ki, valyuta alacaq investor yoxdur”.

 

İ.Səfərəliyevin fikrincə, yeganə risk idxalın ixracı üstələməsi və dövlətin (Azərbaycan Beynəlxalq Bankı daxil olmaqla) xarici borclarının maliyyələşdirilməsidir. Bunun üçün də Neft Fondundan kifayyət qədər vəsait ayrılmışdır və bu borcların maliyyələşdirilməsi üçün dollar Neft Fondundan birbaşa alınacaq.

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Bəs hansı halda bu baş verməyə bilər? İ.Səfərəliyev manatın ucuzlaşmasında yeganə riskin neft qiymətlərinin düşməsi və neft fonduna nəzərdə tutulandan az vəsaitin daxil olmasını göstərib.

 

“Bunun nəticəsində gözlənilən vəsaitin ayrılmasında çətinlik yarana bilər. Ancaq indiki məqamda bu mümkün deyil. Neftin qiyməti dövlət büdcəsi və Neft Fondunun büdcəsi təsdiq edilən zaman nəzərdə tutulmuş 40 dollardan 30-37% bahadır. Hətta dövlət neftin belə qiymətində büdcəyə yenidən baxıb xərcləri artırmaq barədə fikirlərini də açıqlayıb”.

 

Manata təsir edəcək əsas amillərdən biri də idxalın artmasıdır. İ.Səfərəliyev hesab edir ki, idxalın artması əhalinin qənaət rejimində hərəkət etməsi ilə məhdudlaşır:

 

“Yalnız istehsal müəssisələrinin yaradılması məqsədilə, yəni investisiya məqsədilə idxal arta bilər. Nəticə olaraq demək olar ki, 2017-ci ildə heç bir fors major baş verməzsə manatın dəyərdən düşməsini proqnoz etmirik”.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

© Fins.az

14.04.2017 08:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ