Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın bank qrupundan 77 milyon manat xalis mənfəət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bank qrupundan 77 milyon manat xalis mənfəət

Ernst & Young audit şirkəti Azərbaycanın PAŞA Bank qrupunun (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) konsolidə edilmiş maliyyə hesabatlarını təsdiq edib.

Bu gün keçirilən veb-konfransda PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Bəhruz Nağıyev maliyyə göstəricilərini açıqlayıblar.

Marja xəbər verir ki, PAŞA Bank qrupu 2019-cu ili 77 milyon 97 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə qrupun xalis mənfəəti 3 milyon 44 min manat və ya 4,1% artıb. Qrupn 2018-ci ili 74 milyon 53 min manat xalis mənfəət ilə bağlamışdı.

GƏLİRLƏRİ ARTIB

2018-ci illə müqayisədə 2019-cu ildə PAŞA Bank qrupunun faiz gəlirləri 28 milyon 688 min manat və ya 12,6% artaraq 257 milyon 103 min manata, qeyri-faiz gəlirləri isə 12 milyon 115 min manat və ya 30,8% artaraq 51 milyon 383 min manata yüksəlib. Ötən il Bankın cəmi faiz və qeyri-faiz gəlirləri 40 milyon 803 min manat artıb.

Eyni zamanda, 2018-ci illə müqayisədə 2019-cu ildə PAŞA Bank qrupunun cəmi faiz xərcləri 2 milyon 986 min manat və ya 5,5% artaraq 57 milyon 658 min manat, qeyri-faiz xərcləri isə 14 milyon 737 min manat və ya 12,8% artaraq 129 milyon 619 min manat təşkil edib. Qrupun cəmi faiz və qeyri-faiz xərcləri 17 milyon 723 min manat artıb.

Ötən il PAŞA Bank qrupunun vergidən öncəki mənfəəti 102 milyon 423 min manat təşkil edib. Qrup 25 milyon 326 min manata mənfəət vergisi ödəyib.

QRUP BÖYÜYÜB

Ötən il PAŞA Bank qrupunun cəmi aktivləri 231 milyon 75 min manat aratarq 5 milyard 440 milyon 439 min manata çatıb.

Ötən il Qrupun müştərilərə verdiyi kreditlər 565 milyon 423 min manat artaraq 2 milyard 296 milyon 988 min manata yüksəlib.

PAŞA Bank
05.05.2020 12:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ