Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“Bank Silk Vey” müsbət zonada irəliləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Silk Vey” müsbət zonada irəliləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Silk Vey” ASC 2017-ci ilin 1-ci rübünü 2 milyon 35 min manat xalis mənfəət ilə başa vurub.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında Bankın cəmi gəlirləri 10 milyon 703 min mant olub. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 2 milyon 303 min manat əməliyyat mənfəəti qalıb. Bank əməlyyat mənfətinin 268 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə Bankın 2 milyon 35 min manat xalis mənfəti qalıb. Bank birinci rübdə mənfəət vergisi ödəməyib.

 

Xatırladaq ki, “Bank Silk Vey” 2016-cı ildə ehtiyatlara böyük ayırma (16 milyon 767 min manat) səbəbindən ili 1 milyon 558 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

“Bank Silk Vey” 31 Mart 2017-ci tarixində 401 milyon 38 min manat cəmi aktivlərə, 282 milyon 704 min manat cəmi öhdəliklərə, 118 milyon 333 min manat cəmi kapitala malik olub. Bank 2016-cı ilin sonunda 403 992 min manat cəmi aktivlərə, 287 milyon 531 min manat cəmi öhdəliklərə, 116 milyon 461 min manat cəmi kapitala malik idi.

14.04.2017 08:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ