Maliyyə Nazirliyi təxminən 10%-lə borc aldı
Maliyyə Nazirliyi hərracda 50 milyon manatlıq istiqraz təklif etsə də 16 milyon 602 min manatını yerləşdirib.5 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 80,7308 AZN (24.00%) və 92,6300 AZN (8,00%) olan 37 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90,5530 AZN (10.49%), orta ölçülmüş qiyməti 91,0440 AZN (9.89%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 93 milyon 18 min 400 manat, yerləşdirilmiş həcmi isə 16 milyon 602 min manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 4 may 2021-ci ildir.
Hərrac iştirakçıları 06 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 23 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib