600 min nəfərə 190 manatın ödənilməsi yekunlaşdı
İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşdı.
“Birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib. Onlar göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank fililallarından vəsaitlərini alıblar”,- məlumatda bildirilir.
May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyi sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara tədim edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
3 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
3 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb