Foreks bazarlarında dollara tələb yüksək qalır
Avro və Funt ilə yanaşı, Bitkoinin də təzyiq altında olması, foreks bazarlarında dollara olan tələbin yüksək qalmasına səbəb olur.Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri Avrozona və İngiltərədən açıqlanan mənfi fundamental göstəricilər fonunda ucuzlaşmaqda davam edir.
Almaniya, İngiltərə və Avrozonadan önəmli göstəricilər açıqlanacaq.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyadan fabrik sifarilərinin həcmi, saat 12:30-da İngiltərənin tikinti sektoru və saat 13:00-da Avrozonanın ümumi pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir.
Almaniyada COVİD-19 ilə mübarizədə tətbiq edilən sosial və iqtisadi məhdudlaşmanın aradan qaldırılması qərarı da diqqət mərkəzindədir.
Foreks bazarlarında dollara tələb artıb, Bitkoin müqaviməti qıra bilmir.
ABŞ və Çin arasında siyasi və iqtisadi böhranın genişlənməsi ehtimalı isə dollara olan tələbin yüksək qalması ilə yanaşı, kriptovalyuta birjalarında Bitkoinin keçən həftənin müqavimət səviyyəsinin altında ticarət edilməsinə səbəb olur.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
10 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
12 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl